Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

«Xalq Cəbhəsi»: «Hüquqi şəxslərin qeydiyyatına ayrılan müddətin azaldılmasının zamanı çatmayıbmı?»


«Bakı-Xəbər» qəzetindəki «Moskvadan Azərbaycana iqtisadi zərbə...» başlıqlı məqalədə müəllif yazır ki, Cənubi Qafqaz və Orta Asiyada gedən enerji rəqabətində Rusiya öz mövqelərini gücləndirmək məqsədilə bir sıra konkret addımlar atmaq qərarına gəlib. Söhbət Moskvanın Qazaxıstan və Türkmənistan neftinin dəmiryolu ilə Qara dəniz sahilinə Rusiya ərazisindən həyata keçirilən daşınmasına görə tarif qiymətlərini iki dəfə azaltmasından gedir. Qeyd olunur ki, Rusiya ərazisindən keçən dəmiryolu Azərbaycandan keçməklə, Gürcüstan limanlarına neft məhsulları aparan dəmiryol marşrutunun əsas rəqibi hesab olunur. Rusiya Nəqliyyat Nazirliyinin apardığı hesablamalara görə, tariflərin aşağı salınması, ilkin olaraq neft daşınmasını 2,5 milyon tona qədər artıracaq. Bununla yanaşı, Moskva dəmiryolu ilə neft daşınmasında bu cür şərait yaratmaqla, Avropanı Qafqaz vasitəsilə Asiyaya biləşdirən TRASEKA nəqliyyat dəhlizi layihəsilə rəqabətə girdiyini də etiraf edir.


«525-ci qəzet»in əməkdaşının həmsöhbəti özü­nün de­di­yi ki­mi, 3 ilə ya­xın­dır ki, çek hər­rac­la­rın­da iş­ti­rak et­mə­yə ça­lı­şan, ix­ti­sas­ca iq­ti­sad­çı Şa­hin Əli­za­də öz təc­rü­bə­si­nə ar­xa­la­nıb, Azər­bay­ca­nın özəl­ləş­dir­mə pro­se­sin­də­ki nü­ans­la­rı açıq­la­yır. İqtisadçını narahat edən başlıca məsələ qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tul­ma­dı­ğı hal­da, is­tər əv­vəl­lər, is­tər­sə də son za­man­lar ke­çi­ri­lən hər­rac­lar za­ma­nı və­tən­daş­la­ra qar­şı bir sı­ra məh­du­diy­yət­lərin tət­biq edi­lməsidir. Cənab Əlizadə iddia edir ki, çek hər­rac­la­rın­da qa­nun po­zun­tu­la­rı­na yol ve­ri­lir. Sa­də­cə, və­tən­daş­la­rın ək­sə­riy­yə­ti hər­rac­lar­da­kı qay­da­lar­la ya­xın­dan ta­nış de­yil. Ona gö­rə də, pro­ses za­ma­nı qa­nun po­zun­tu­la­rı ol­duq­da və­tən­daş­lar nə et­mə­li ol­duq­la­rı­nı bil­mir­lər. Ey­ni za­man­da, və­tən­daş­la­rın ək­sə­riy­yə­ti­nin hər­rac za­ma­nı qa­nun po­zun­tu­la­rı ol­duq­da ha­ra mü­ra­ci­ət edə­cək­lə­ri ilə bağ­lı mə­lu­ma­tı yox­dur. On­la­rın bö­yük ək­sə­riy­yə­ti ba­şa düş­mür ki, han­sı­sa bir nöq­san aş­kar­lan­dıq­da Çek Hər­ra­cı Ko­mis­si­ya­sı­na mü­ra­ci­ət et­mə­li­dir­lər. Di­gər tə­rəf­dən, və­tən­daş­la­rın ək­sə­riy­yə­ti­nin məh­kə­mə­lə­rə mü­ra­ci­ət et­mə­k, və­kil tut­ma­q imkanı da var.


Azərbaycan qanunvericiliyinə görə, kommersiya müəssisələrinin qeydiyyatı ilə bağlı müraciətlərə 5, qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı müraciətlərə isə, 40 iş günü müddətində cavab verilməlidir. Qeyri-kommersiya təşkilatının qeydiyyat müddəti daha 30 iş günü uzadıla bilər. Ölkədə qeydiyyatla bağlı müraciətlərin müddəti qısaldılmalıdırmı, hüquqi şəxslərin qeydiyyatına ayrılan müddətin azaldılmasının zamanı çatmayıbmı? «Xalq Cəbhəsi» qəzetinin əməkdaşı bu suallara cavab tapmağa çalışıb. Müəlliflə söhbətində hüquqşünas Hücrəddin Hacıbalayev deyib ki, istənilən halda hüquqi şəxs kimi qeydiyyatdan keçmə ilə bağlı vaxtın azaldılması məqsədəuyğundur. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, qeydiyyatdan keçmək üçün təqdim olunmuş sənədlərin baxılması müddəti nə qədər az olsa, bir o qədər yaxşıdır: «Bu, biznes qurumlarının, eyni zamanda, hüquqi şəxs kimi qeydiyyata düşmək istəyənlərin işini xeyli asanlaşdırar. Bu müddət nə qədər uzundursa, bu, bir o qədər də vaxt, pul, enerji və s. itkisi deməkdir. Amma Azərbaycanda hüquqi şəxslərin sənədlərinə baxılmasına və qeydiyyatdan keçirilməsinə ayrılmış müddət normal deyil»,- deyə cənab Hacılı vurğulayıb.


«Mərkəz» qəzeti yazır ki, SSRİ dağılandan sonra şagirdlər məktəbli formasına «əlvida» desələr də, deyəsən, bu ildən əksər məktəblər köhnə ənənəni bərpa etmək niyyətinə düşüb. Valideynlər bir məktəbdə oxuyan uşaqların eyni geyimdə olması üçün orijinal üsullar da fikirləşib tapıblar. Məsələn, Suraxanı rayonunun əksər məktəblərində oxuyan uşaqların valideynləri qərara alıblar ki, övladlarına eyni mağazadan, eyni məktəbli paltarı alsınlar. Bu məqsədlə sinif uşaqlarının valideynləri bir araya gəlib, ticarət mərkəzlərinə, mağazalara yollanıblar. Bakıdakı 160 saylı məktəbin direktoru Faina Ələkbərova isə deyir ki, forma məsələsində Təhsil Hazirliyi onlara dəstək vermədiyindən, bütün şagirdləri məktəbə bir geyimdə gəlməyə məcbur edə bilmirlər. Nazir Misir Mərdanov isə belə hesab edir ki, bu məsələdə qərarı valideynlər və məktəb verməlidir.


XS
SM
MD
LG