Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:51

Mingəçevir Elektrik Stansiyasının yenidən qurulmasına gələn il başlanacaq


Azərbaycanda ən böyük elektrik enerjisi istehsalçısı olan Mingəçevir Elektrik Stansiyasının yenidən qurulmasında Almaniyanın «Fichtner» və Yaponiyanın «TEPSCO» şirkətləri məsləhətçi olacaq. Bu barədə «Azərenerji» Səhmdar Cəmiyyətindən bildiriblər. Azərbaycanın bu seçimini Avropa Yenidənqurma və İnkişaf Bankı da bəyənib. Yenidənqurma işlərinə gələn ilin əvvəlində başlanacaq. Mingəçevir Elektrik Stansiyası ötən əsrin 80-ci illərində tikilib və hazırda avadanlıqların köhnəlməsi ucbatından onun istehsal imkanlarını artırmaq mümkün deyil.




XS
SM
MD
LG