Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 24 nəfər keçmiş ədliyyə işçisinin məhkəməsi başlayacaq. Təqsirləndirilən şəxslər sırasında Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin İntendant Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bir neçə cəzaçəkmə müəssisəsinin yüksək vəzifəli şəxsləri də var.
Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham olunurlar. İttiham sübut olunarsa, onları müxtəfli cərimə sanksiyaları və ya 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Sabiq ədliyyə işçiləri ötən il həbs olunmuşdular.