Rusiya Qazaxıstan və Türkmənistan neftinin dəmir yoluyla Qara dəniz sahilinə nəqli tariflərini iki dəfə aşağı salıb. Həmin marşrut Azərbaycan ərazisindən keçməklə Gürcüstan limanlarına neft məhsulları aparan dəmiryol marşrutunun rəqibidir. İndi Qazaxıstan və Türkmənistan Azərbaycan ərazisiylə ildə 250 min ton neft və neft məhsulları nəql edir. Ekspertlər Rusiyanın tarifləri aşağı salmaqla həmin ölkələri şirnikləndirmək istədiyini ehtimal edirlər.