Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

Avqustun 10-na qədər hava isti olacaq


Azərbaycanda isti hava şəraiti avqustun 10-na qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosundan «Azadlıq» radiosuna verilən məlumata görə, ən isti temperatur mərkəzi aran rayonları və Naxçıvan Muxtar Respublikasında müşahidə olunacaq. Bu ərazilərdə temperatur 39, bəzən 40-42 dərəcəyə çatacaq. Bakıda və Abşeron yarımadasında isə havanın temperaturu 38-39 dərəcəyə yüksələcək, hərarət bəzən 40 dərəcəyə çatacaq. Şimal-qərb küləyi avqustun 9-u axşam əsməyə başlayacaq, avqustun 10-dan isə istilik bir neçə dərəcə aşağı enəcək.


XS
SM
MD
LG