Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:42

Rusiyanın yeni səfiri Bakıya gəlib


Rusiyanın Azərbaycana təyin olunan yeni səfiri Vasili İstratov avqustun 2-də Bakıya gəlib.


Vasili Istratov, 2 avqust 2006
Bakıda hava limanında jurnalistlərlə söhbətində səfir deyib ki, Rusiya prezidenti Vladimir Putin ona tapşırıq verib ki, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün əlindən gələni etsin.

Yeni səfir ölkələrarası münasibətlərin «çoxşaxəli» olduğunu desə də, prioritet əməkdaşlıq istiqamətlərinin nədən ibarət olduğunu açıqlamayıb. Amma bununla yanaşı, o, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndiyini deyib.


2004-cü ilin sentyabrına qədər Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov olub . Həmin vaxtdan Azərbaycanda səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili Pyotr Burdikin icra edirdi.


Yeni səfir Vasili İstratov 1954-cü ildə doğulub. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1992-ci ildən diplomatik işdədir. Rusiyanın İrlandiyadakı səfirliyində müşavir olub. Son vaxtlar Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamenti rəhbərinin müavini olub.



XS
SM
MD
LG