Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:58

Xəbərlər


Azərbaycanlı alim Fikrət Abdullayev Mexikoda dünyasını dəyişib


Artıq 16 ildir ki, elmi araşdırmalarını Amerika Birləşmiş Ştatlarında və Meksikada sürdürən Fikrət Abdullayev son illər Meksikanın Keretar Universitetində eksperimental onkologiya laboratoriyasına rəhbərlik edirdi. Xərçəng əleyhinə təbii və sintetik dərmanlar hazırlanması sahəsində ad çıxarmış Azərbaycan alimi 2000-ci ilin oktyabrından Meksika Elmlər Akademiyasının həqiqi üzvüydü.



«BAY» dərgisinin yeni sayı işıq üzü görüb


Balkan Aydınları və Yazarları Birliyinin ədəbi orqanı olan «BAY» dərgisinin yeni sayı işıq üzü görüb. Dərginin bu nömrəsi Azərbaycan Yazıçılar Birliyinin sədri Anara həsr edilib. Səbəb - Balkan Aydınları və Yazarları Birliyinin ənənəvi illik mükafatının yazıçı Anara verilməsidir. 1996-cı ildən verilən bu mükafata ilk dəfədir ki, Azərbaycan yazıçısı da layiq görülüb. Həmin mükafat türk xalqları mədəniyyət və ədəbiyyatının təbliğində böyük rol oynayan şairlərə, yazıçılara, elm adamlarına verilir.



Alim Qasımov payızda Nyu-Yorka səfər edəcək


APA agentliyinin yaydığı bu xəbər ünlü xanəndəylə birgə Birləşmiş Ştatlara yollanacaq kaman ustası Rauf İslamovun məlumatına əsaslanır. O bildirib ki, səfərin məqsədi Nyu-Yorkda konsert proqramıyla çıxış etmək və təbii ki, Azərbaycan muğamlarını okeanın o tayında daha geniş tanıtmaqdır.



«Xarı bülbüllər" filmi rus dilinə tərcümə olunub


Filmin rejissoru Arif Qazıyev sözlərinə görə, filmin rus dilinə çevrilməsi Moskvada nümayiş etdiriləcəyilə bağlıdır: «Film sentyabrın ilk günlərində Moskvadakı "Bakı" kinoteatrında göstəriləcək»


XS
SM
MD
LG