Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:14

Bakıda növbəti yarmarka keçirilib


İyulun 29-da Bakıda süni bahalaşmanın qarşısını almaq məqsədilə hökumətin təşəbbüsü ilə növbəti yarmarka keçirilib. Budəfəki yarmarkaya dövlət başçısı İlham Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və kənd təsərrüfatı naziri İsmət Abbasov da baş çəkib.

Bu, indiyədək Bakıda keçirilən dördüncü yarmarkadır. Nazir İsmət Abbasov indiyədək 400 ton kənd təsərrüfatı malları satıldığını bildirib. Eyni zamanda o, malların mütəxəssislərin yoxlamasından sonra satışa çıxarıldığını deyib.


Gömrük Komitəsinin sədri Aydın Əliyevsə bildirib ki, bazarlardakı bahalaşmanın komitə ilə əlaqəsi yoxdur. Cənab Əliyev fikrini onunla əsaslandırıb ki, son zamanlar gömrük-nəzarət məntəqələrində kənd təsərrüfatı mallarının qiymətləndirilməsində yenilik tətbiq olunmayıb.


XS
SM
MD
LG