Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Əli Əhmədov: «Matəm yox, düşmənə layiqli cavab haqqında düşünməliyik»


Əli Əhmədov
Əli Əhmədov

-

«Biz müharibə şəraitindəyik. Atəşkəs elan olunsa da, hələ də şəhidlərimiz var. Güman edirəm ki, hərbiçilərimizin şəhid olması ilə əlaqədar matəm elan edilməsi məsələsi müzakirə olunaraq hökumət tərəfindən hər hansı bir reaksiya verilə bilər».

apa-nın məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Hökumət rəsmisi hesab edir ki, bu gün Azərbaycan matəm elan etmək haqqında deyil, «düşmənə layiqli cavab vermək haqqında» düşünməlidir:

«Hesab edirəm ki bizi düşündürən birinci məsələ bundan ibarət olmalıdır. Bu axıdılan qanlar, itirilən hərbiçilər bir daha itirilməsin. Düşmən layiqli cavabını alsın və bilsin ki, hər tökülən qana görə layiqli cavabını alacaq».

Əli Əhmədovun fikrincə, hadisələr bir daha onu göstərdi ki, «Ermənistan bölgədə sülh üçün ən böyük təhlükədir».

XS
SM
MD
LG