Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Vasif Talıbov jurnalistlərə müsahibə verib


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

-

«Şərq qapısı» 31.07.2014

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə gəlmişdir.

...İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşmüşdür.

Mərasimi Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze açmış, universitetin fəxri doktoru – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən görüşdən məmnunluğunu ifadə etmişdir.

…Ali Məclisin Sədri Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru adını daşımağın onun üçün fərəh olduğunu bildirmiş, Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür etmişdir.

…Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetinin müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibə verən Ali Məclisin Sədri Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin məmnunluq doğurduğunu bildirmiş, bu əməkdaşlığın gələcək perspektivləri barədə verilən sualları cavablandırmışdır.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG