Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:58

Ukrayna hərbi əmıliyyatda 1 günlük fasilə elan edib


Ukrayna iyulun 31-də rusiyapərəst yaraqlılara qarşı hərbi əməliyyatda bir günlük atəşkəs elan edib.

Müdafiə nazirliyinin sözçüsü deyib ki, bu qərar BMT baş katibi Ban Ki-moon-un Ukraynaya müraciətinə cavab olaraq verilib. Ban Ki-moon müraciət etmişdi ki, müstəntiqlərin Malayziya təyyarəsinin qəzaya uğradığı yerə gedə bilməsi üçün döyüşlər dayandırılsın.

Avstraliyanın xarici işlər naziri Bishop deyib ki, təyyarədə həlak olan 298 adamdan 80-nin qalıqları hələ də qəza yerindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG