Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:26

Tarixi qəzet tarixə qovuşur…


«L'Unita»

-

İtaliyanın 90 yaşlı «L'Unita» («Birlik») qəzeti avqustun 1-dən tarixə qovuşacaq.

Bu barədə xəbəri qəzetin öz rəsmi saytı yayıb.

Qəzetin bağlanması ilə 80 əməkdaşın da işdən azad olunacağı xəbər verilib.

Bağlanış son vaxtlar nəşrin üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır.

Maraqlıdır ki, qəzetin rəhbərliyi kənardan maliyyə dəstəyi almaqdan imtina edib.

2014-cü ildə qəzet 21 min tirajla yayılıb.

«L'Unita» qəzeti 1924-cü il fevralın 12-də İtaliya Kommunist Partiyasının rəhbəri Antonio Gramsci (1891–1937) tərəfindən təsis edilib.

1991-ci ilə qədər qəzet İtaliya Kommunist Partiyasının ruporu olub.

Hazırda qəzet hakim İtaliya Demokratik Partiyasının mövqeyini dəstəkləyir.

XS
SM
MD
LG