Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:51

Azərbaycan Rusiyadan təlim-döyüş təyyarələri alacaq


Yak-130
Yak-130

Rusiya Azərbaycana Yak-130 (NATO kodu «Mitten») təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır.

Bu barədə APA-ya təyyarənin istehsalçısı olan «İrkut» şirkətindən məlumat verilib.

Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.

Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.

«Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq», - deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb.

İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 «4++» və «5»-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür.

Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır.

Bir neçə gün öncə Rusiya Azərbaycanın sifariş etdiyi Mi-35M tipli vertolyotların növbəti hissəsini də Azərbaycana çatdırıb.

Rusiya paralel olaraq Azərbaycana Mi-17V1 tipli vertolyotlar da ixrac edir. Azərbaycan 2010-cu ildə Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş və 60 Mi-17 hərbi nəqliyyat vertolyotu sifariş verib.

XS
SM
MD
LG