Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:11

Ukrayna ABŞ və AB-nin Rusiyaya qarşı sanksiyalarını təqdir edir


avlo Klimkin
avlo Klimkin

Ukrayna xarici işlər naziri Pavlo Klimkin «Reuters»ə müsahibəsində ABŞ və AB-nin Rusiyaya qarşı sanksiyalarını təqdir etdiklərini deyib.

Hazırda Vaşinqtonda olan Klimkin bildirib ki, Ukrayna hərbçiləri yaraqlıların nəzarət etdiyi ərazilərdə mülki əraziləri bombalamayacaq.

Ukrayna dinc sakinlərin yaşadığı əraziləri artilleriya atəşinə tutmaqda ittiham edilib.

Klimkin ABŞ-ın vitse-prezidenti Joe Biden və dövlət katibi John Kerry ilə də görüşüb, ölkədəki böhranın həllinin Rusiyadan asılı olduğunu bildirib. Həmçinin deyib ki, yaranmış vəziyyəti yalnız siyasi qərarlar həll edəcək.

XS
SM
MD
LG