Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:47

ABŞ ilk dəfədir ki, Rusiyanı nüvə müqaviləsini pozmaqda ittiham edir


ABŞ hökuməti Rusiyanı 1987-ci il nüvə -raket müqaviləsini pozmaqda ittiham edib. ABŞ bildirir ki, bu, çox ciddi məsələdir.

ABŞ prezidenti Obama iyulun 28-də bu məsələ ilə bağlı Rusiya prezidenti Putinə məktub yazıb.

ABŞ hesab edir ki, Rusiya yeni raket sınağı ilə orta radiuslu nüvə silahları haqda müqaviləni pozub.

Həmin müqavilə radiusu 500 km-dən 5500 km-ə qədər raketlərin məhvini nəzərdə tutur.

ABŞ ilk dəfədir ki, Rusiyanı rəsmi olaraq ittiham edir.

XS
SM
MD
LG