Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 08:55

Saddam Husseinin qohumu olduğunu deyən şəxs Tacikistandan siyasi sığınacaq istəyir


Saddam Husseinin qohumu olduğunu iddia edən bir nəfər Tacikistandan siyasi sığınacaq istəyir.

Tacikistanın Farhor şəhərinin yol polisi iyulun 29-da bildirib ki, 47 yaşlı Abdulla inb-Akhmad al-Arabiya adlı bir kişi iyulun 13-də Əfqanıstan-Tacikistan sərhəddini qanunsuz keçməyə cəhd edərkən saxlanıb.

5 dildə sərbəst danışan bu şəxs deyib ki, Saddam Husseinin hakimiyyəti vaxtı 5 il təhlükəsizlik xidmətində işləyib, Səddam devriləndən sonra həbsxanada yatıb. Bundan sonra Əfqanıstana gedib və ordan Tacikistana siyasi sığınacaq almağa gəlib.

XS
SM
MD
LG