Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:24

Qəzza yaraqlıları 5 İsrail əsgərini öldürüb


Qəzza
Qəzza

İsrail rəsmiləri bildirir ki, Qəzzadakı yaraqlılar tuneldən istifadə edərək İsrailə daxil olub və 5 əsgəri güllələyiblər. Hadisənin Qəzza zolağına yaxın Nahal Oz ərazisində baş verdiyi bildirilir.

İsrail hücum zamanı bir Həmas yaraqlısının öldürüldüyünü deyir.

Son bir gündə 10 İsrail əsgəri ölüb. 3 həftədir davam edən döyüşlərdə isə əsasən dinc sakinlər olmaqla, azı 1073 fələstinli və 53 israilli əsgər öldürülüb.

İsrail bəyan edib ki, iyulun 8-dən başladığı hərbi əməliyyatlarda məqsədi «Həmas» döyüşçülərinin Qəzzadan İsrailə hücumlarını önləmək, Fələstinlə İsrail arasında qazılan tunelləri dağıtmaqdır.

XS
SM
MD
LG