Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:09

Azərbaycanda ötən il 524 adamda Hepatit virusu aşkar edilib


Foto: Arxiv
Foto: Arxiv

-

Onlardan 150-si «Hepatit A», 223-ü «Hepatit B», 151-i «Hepatit C»dir.

28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günündə məlumat yayan Azərbaycan Səhiyyə Nazirliyi bildirir ki, ölkədə hepatitə yoluxma halı 2010-cu illə müqayisədə azalıb. Dörd il əvvəl bu rəqəm 1282 olub.

Nazirlik bildirir ki, Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bununla bağlı səhiyyə naziri əmr imzalayıb. Həmin əmrdə deyilir ki, Hepatit virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə klinik protokol hazırlansın, xəstələrin dəqiq qeydiyyatı aparılsın, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin təşkilinə nəzarət edilsin.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

Ancaq heç də bütün Hepatit xəstələri Azərbaycanda pulsuz və keyfiyyətli müalicə ilə təmin olunmurlar.

AzadlıqRadiosunun çoxsaylı araşdırmaları zamanı məlum olub ki, bu xəstələrin bəziləri müalicə üçün İran və Türkiyəyə üz tuturlar, xəstəliklə mübarizə üçün külli miqdarda vəsait xərcləyirlər.

XS
SM
MD
LG