Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:09

«Costa Concordia» gəmisi iki ildən sonra limana qayıtdı


İtaliya dənizçiləri iki il əvvəl Aralıq dənizində qəzaya uğrayan «Costa Concordia» səyahət gəmisini iyulun 27-də limana gətiriblər.

İki il əvvəl batan gəminin qaldırılmasına iyulun 14-də başlanılıb. Yanı üstə suya batan gəmini ona bərkidilən xüsusi iri çənlərə hava vurmaqla qaldırmaq mümkün olub. Üzmə vəziyyətinə gətirilən gəminin iyulun 23-də yedəkdə sahilə gətirilməsinə başlanılıb. Əməliyyat təxminən bir milyard dollara başa gəlib.

2012-ci il yanvarın 13-də qəzaya uğrayan səyahət gəmisində 4200-dən çox adam olub. Aralıq dənizində səyahət zamanı gəmi rifə toxunaraq batıb. Nəticədə 32 nəfər həlak olub. Uzunluğu 290 metr olan gəminin 13 barı, beş restoranı, dörd hovuzu və 500 balkonlu otağı var.

Qəzaya görə, gəminin 4 ekipaj üzvü məsuliyyətə cəlb edilib.

İstintaqın gəldiyi nəticəyə görə, səyahət gəmisinin batmasında əsas günahkar kapitan Franchesko Skettino olub. Onu 20 il həbs cəzası gözləyir.

XS
SM
MD
LG