Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:07

NAHİD. Atalar


NAHİD
NAHİD

-

Lənət şeytana, heç nə xatırlamıram, cənab doktor. Mən bunun üçün darıxıram, bundan ötrü oğlumu qısqanıb, atama küsürəm...

NAHID

ATALAR

- Mən heç vaxt insan duyğularına alnı açıqlıqla inanmamışam. Adi bir məclisdə, ad günündə mənim üçün səslənən tərifləri həmin anın yaratdığı məcburiyyətdən savayı başqa bir şey saymıran. Sadəcə, biz insan olaraq hisslər üzərinə o qədər köklənirik ki, anlara qurban gedirik. Və ya bir oğlanın bir qıza evlənmə təklifi etdiyində yaranmış vəziyyətin sevgi dolu, inam dolu sözləri ilə, həmin gündən cəmi bir gün sonra dediyi sözlər arasında fərq çox olur. Çünki biz anların əsiriyik, bizi yaranmış vəziyyət danışdırır. Ancaq demək istədiklərim tamam başqa şeylərdir – O özünü rahatlayıb gözlərini tavana dikir.

Hərdən öz oğlumu qısqanıram, üzünə baxıb bir az düşünüb gülümsəyirəm.

Mənim atam öz dövrünün qapalı çərçivəsindən çıxıb müasirləşməyi bacarmaq kimi bir qələbə ilə yaşayır. Mənim “duptıs” mahnılarıma “xod” verən, azad fikirliliyimə hami duran birisidir. Ancaq oğlumu qısqanmağım başqa şeydi.

Oğlum, həftə sonlarını kinolara baxmaqla keçirən, “PlayStation” oynamağı bacaran, mobil telefonda sms yazmağı, “e-bay”dan alış-veriş edib, Facebookda sosiallaşan bir ataya sahibdir. Ancaq mən…

Məsəlçün; hərdən təsəvvür etməyə çalışıram ki, guya mən evə gəlirəm və atamın hanısısa kinoya baxdığını görüb onun yanına uzanıram. Filmin sonunda çıxardığımız mənaları bölüşüb, nəticələrdən razı qalmağa çalışıram. Mənim çıxardığım mənalar daha dolğun olsa da, atam olduğu üçün, onun çıxardığı mənaları nəsihət anlamında qəbul edirəm.

Və ya, fikirləşirəm ki; guya atam bekar olduğunda məni “PlayStation” oynamağa çağıraraq, futbolda kimin qalib gələcəyi haqda mübahisə etməyimizə şərait yaradır. Oyunun sonlarında da məni udduğu halda qəsdən, guya bilməyərəkdən “onbirmetrə” edib məni qələbəyə kökləyir. Mən də hər şeyi anladığım hallda, atamı məğlub etmək, ondan daha üstün olduğumu göstərmək fürsətini əldən vermirəm.

Gülməlidi, cənab doktor, adam da heç qol buraxdığı üçün sevinərmi? İndi o sevinir. Fikirlərimi oxuya bilsəydiniz bilərdiniz ki, necə sevinir – Onun üzü gülür, gözü gülür, danışığına ara verib, fikirləşməyə davam edir.

- Ax! Necə də gözəldir, can acıtmayandır ataların oğullarına uduzmağı.

Ancaq çox vaxt öz atamı da qısqanıram. Çünki övladım üçün onun kimi əziyyət çəkə bilmirəm. Bəzən telefonumda oyun oynamağı oğlumun “ata, bura gəl” xahişindən üstün tuturam. Onun göz yaşlarına “uşaqdı da ağlayır, sakitləşəcək” tərbiyəsi ilə yanaşıram.

Mən, hər dəfə öz oğluma baxdığımda atamı fikirləşir, onu mənim yaşımda, özümü də oğlum yaşında təsəvvür edirəm. Unutduğum, xatırlamadığım o anları beləcə xatırlamağa çalışıb təsəlli tapıram.

Bizim dünyamızda nə üçün oyunların, “on-line” kinoların olmadığına, dünyanın yavaşcadan, ədalətsiz dəyişdiyinə qəzəblənirəm. Mən atamla kinoya baxmağı, onunla “Luna parka” gedib yelləncəkdə yelənməyi xatırlamıram… Lənət şeytana, heç nə xatırlamıram, cənab doktor. Mən bunun üçün darıxıram, bundan ötrü oğlumu qısqanıb, atama küsürəm. O, heç telefonla sms yaza da bilmir. “Mənə lazım deyil” deyir…

Psixoloq iş masasına dirsəklənib balaca bloknotuna nələrisə qeyd edir. O həmin an düşünür ki, psixoloq indi, bu dəqiqə öz atası haqda fikirləşib onun bütün mənfilərini unuduraq “çox sağ ol” demək üçün gedəcək. O, düşünür ki, psixoloq otağın qapısından sol tərəfdə yerləşən paltar dolabından asılan pencəyini götürüb ona “seansa sabah davam edərik” demək üçün tələsəcək. Ancaq psixoloq bunu etmir. O, bugünkü seansı bitirib otaqdan çıxanda, artıq bilirdi ki, doktor hələ evil deyil, övladı da yoxdur. Bloknota yazdıqları isə sakitləşdirici dərmanlardan savayı başqa bir şey deyilmiş.

Bakı, 2014

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG