Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:43

CNN bildirir ki, yaraqlılar onun Ukraynadakı müxbirini oğurlayıb


CNN bildirib ki, onun ukraynalı jurnalisti bu həftə rusiyapərəst yaraqlılar tərəfindən oğurlanıb və CNN müraciət edir ki, onu buraxsınlar.

CNN bildirir ki, müxbir Anton Skibanı çərşənbə axşamı Donetsk yaraqlıları oğurlayıb, ancaq CNN indiyə kimi onun oğurlanması barədə məlumat vermirdi və müxbirinin azad olunmasına çalışırdı. Bu baş tutmayandan sonra CNN açıq şəkildə jurnalistin azad olunmasını tələb edir.

Skiba CNN –də ştatdankənar müxbir işləyir və Ukrayna münaqişəsini işıqlandırır.

Nyu Yorkda qərarlaşan jurnalistləri müdafiə komitəsinin məlumatına görə, Skiba həmin ərazidə oğurlanan ən azı 2 jurnalistdən biridir. Digər jurnalistlərdən xəbər yoxdur.

Komitə münaqişə tərəflərini tutulan bütün jurnalistləri dərhal azad etməyə çağırır.

XS
SM
MD
LG