Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Edam ərəfəsində məhkumların sonuncu yeməyi (Menyu)


1997-ci ildə edam edilmiş Cameron Willingham-ın sonuncu yeməyi (Texas). Qabırğa, soğan, qızartma kartof, ençilada (Meksika mətbəxindən ətli blinçik), 2 dənə keks. Amnesty İnternational hesab edir ki, onun öz 3 uşağını yanğın törətmək yolu ilə öldürməsi ittihamı sübuta yetirilməyib.
1997-ci ildə edam edilmiş Cameron Willingham-ın sonuncu yeməyi (Texas). Qabırğa, soğan, qızartma kartof, ençilada (Meksika mətbəxindən ətli blinçik), 2 dənə keks. Amnesty İnternational hesab edir ki, onun öz 3 uşağını yanğın törətmək yolu ilə öldürməsi ittihamı sübuta yetirilməyib.

-

ABŞ-da ölüm hökmünün icrası ərəfəsində məhkuma ürəyi istəyən yeməyi sifariş etmək imkanı yaradılır.

Bir zamanlar Fransada gilyotinə göndərilən məhkumlara bir stəkan rom verilirdi (Yemək sifarişi olmurdu, çünki hökm sübh tezdən, edamın icrasına az qalmış elan edilirdi).

Amerikada isə ölüm hökmü hələ də qalan ştatlarda adətən sonuncu yemək menyusunda alkoqola icazə verilmir.

(Edam ediləcək məhkumlara şərab verilməsi ənənəsinə “Bibliya”da da işarə var).

ABŞ-da adına “özəl menyu” deyilən sonuncu yeməklə bağlı standartlar müxtəlifdir. “Özəl yemək” adətən məhkuma edamdan 1, yaxud 2 gün qabaq verilir.

Floridada sonuncu yemək üçün ərzaq yerli dükanlardan alınmalıdır. Yeməyin qiyməti 40 dollardan artıq olmamalıdır. Yəni qara kürü, yaxud başqa ekzotik yeməklər sifariş etmək olmaz. Oklahomada isə yeməyin qiyməti 15 dolları keçməməlidir. Luizianada məhkumu edama aparacaq gözətçi də adətən sonuncu yemək zamanı onunla eyni süfrəni bölüşür.

2000-ci ildə edam edilmiş Claude Howard Jones-un sonuncu yeməyi (Texas). Steyk, yumurta, qızardılmış çörək (cemlə), kartof, süd. Amnesty İnternational hesab edir ki, dükan sahibini ölürməkdə taqısrkar bilinsə də, günahsız olub. çünki yeganə dəlilin - dükandan tapılan tükün ona mənsub olmadığı illər sonra DNK analizi zamanı aşkara çıxıb.
2000-ci ildə edam edilmiş Claude Howard Jones-un sonuncu yeməyi (Texas). Steyk, yumurta, qızardılmış çörək (cemlə), kartof, süd. Amnesty İnternational hesab edir ki, dükan sahibini ölürməkdə taqısrkar bilinsə də, günahsız olub. çünki yeganə dəlilin - dükandan tapılan tükün ona mənsub olmadığı illər sonra DNK analizi zamanı aşkara çıxıb.

2011-ci ildə Texas ştatında sonuncu yemək qaydası ləğv edildi. Səbəbkar Lawrence Russell Brewer adlı məhkum idi. O az qala 5 adamlıq sonuncu yemək sifariş eləmiş, yemək hazırlanıb süfrəyə gələndə isə “ac deyiləm” deyib imtina eləmişdi. Onun sonuncu yeməyi 2 toyuq steyki, üçqatlı çizburqer, ətli pendir omleti, ketçuplu bamiyə qızartması, pitsa, barbekü, dondurma və sairdən ibarət idi. Texasda sonuncu yemək senator John Whitmire-in bu qaydanın “məqsədəuyğun” olmaması ilə bağlı şikayətindən sonra ləğv edilmişdi.

Bəzi başqa ölkələrdə də məhkumlara son yemək sifarişi şansı verilir. İsraildə ölümə məhkum edilən nasist lideri, yəhudi qətliamının təşkilatçılarından olmuş Adolf Eichmann xüsusi yeməkdən imtina etmiş, bir şüşə İsrail çaxırı istəmişdi (yarıyacan içmişdi).

2006-cı ildə dar ağacından asılmaqdan qabaq keçmiş İraq prezidenti Səddam Hüseynə toyuq ətindən hazırlanan son yemək və siqaret təklif edilmiş, amma o bundan imtina etmişdi.

Amerikada ölüm hökmünün ləğvi üçün çağırışlar səngimir, indiyəcən yalnız 17 ştat edam cəzasını ləğv edib.

"Amnesty İnternational" hüquq müdafiə təşkilatı bildirir ki, demokratik ölkə insanı, nə qədər ağır cinayət törətməsindən asılı olmayaraq, yaşamaq hüququndan məhrum edə bilməz. Bundan başqa təşkilat əmindir ki, bəzən günahsız, yaxud günahı sübut olunmamış adamlar da edam edilir.

Bir müddət əvvəl "Amnesty İnternational" belə şəxslərin son yeməklərinin fotosunu da yaymışdı. (Yazıdakı şəkillər də həmin mənbədən götürülüb).

Hazırladı: Rövşən

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG