Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:25

İki ali məktəb müəllimi və bir elmi işçi məhkəmə qarşısında


Baş Prokurorluq
Baş Prokurorluq

-

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi iki institut müəllimi ilə bağlı qaldırdığı cinayət işini məhkəməyə göndərib. Onlar pul müqabilində saxta diplom satmaqda və qanunsuz tələbə qəbulunda ittiham edilirlər.

Məlumat Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət Sərhəd Xidmətindən daxil olub.

Respublika Prokurorluq bildirir ki, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovla birgə qanunsuz tələbə qəbulunu həyata keçirmək istəyiblər.

İstintaq iddia edir ki, ali məktəb müəllimləri qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alıb hazırladıqları saxta rəsmi sənədlər əsasında onun Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə nail olublar. Onun həmin Akademiyanı bitirməsini təsdiq edən saxta diplom alıblar.

İstintaq hesab edir ki, Mehman Məmmədov Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütfü Əliyevlə qabaqcadan əlbir olub Abşeron rayon sakininə daxil olduğu Tibb Universitetinin əczaçılıq fakültəsindən stomatologiya fakültəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd edib və bunun üçün 10 min manat pul alıb.

Baş Prokurorluq M.Məmmədov və N.Süleymanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə), L.Əliyevə isə 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

Respublika Prokurorluğu bildirir ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyan tam məbləğdə onlara ödənib.

Cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsi araşdıracaq.

XS
SM
MD
LG