-
Ermənistan xarici işlər naziri beynəlxalq vasitəçilərə Azərbaycanın «intensiv dağıdıcı fəallığından» şikayətlənib.
Edward Nalbandian ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşərkən deyib ki, Bakı «hərbi ritorika» nümayiş etdirir. Nazir Ermənistanla sərhəddə atəşkəs rejiminin pozulmasından narahat olduğunu bildirib.
ATƏT-in Minsk qrupunun həmsədri James Warlick öz Twitter səhifəsində yazıb ki, o, iyulun 22-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq üçün Vyanaya gəlib.
Görüşdən sonra ATƏT-in Minsk qrupunun bəyanat yayacağı gözlənir.