Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:25

«Polis nəinki jurnalistin, bütün xalqın dostudur»


Arxiv foto
Arxiv foto

-

«Azərbaycan polisinin kobud olması fikri ilə qətiyyən razı deyiləm. Keçirilən rəy sorğularında respondentlərin təxminən 70 faizi polisin işindən razılıq edir. Təbii ki, narazılar da var». Bunu «Mediaforum»a müsahibəsində Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib:

«Əgər il ərzində təkcə inzibati hüquqpozmalarla bağlı 1 milyondan artıq vətəndaş barəsində protokol tərtib olunursa, onların arasında polisdən narazılıq edənlər də tapılacaq. Ölkəmizdə mövcud olan sabitlik, demək olar ki, heç bir dövlətdə yoxdur. Hətta bunu Azərbaycana gələn xarici ölkələrin rəsmi nümayəndələri, burada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri də etiraf edirlər. Təbii ki, cəmiyyət olan yerdə cinayət də olur. Amma bizdə qeydə alınan cinayətlərin sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Azərbaycanda təhlükəsizliyin qarantı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, sabitlik olmayan yerdə hər hansı inkişafdan, tərəqqidən söhbət belə gedə bilməz. Sabitlik var ki, inkişaf da var. Məhz bu dayanıqlı sabitliyin nəticəsidir ki, respublikamız indi bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir.

- Jurnalist və polis dostdurmu? Yoxsa onlar bir-birini təqib edən iki təbəqədir? Sizcə, bu iki peşə sahiblərinin münasibətləri necə tənzimlənməlidir? Gəlin kütləvi aksiyaları yadımıza salaq...

- Polis nəinki jurnalistin, bütün xalqın dostudur. Əgər jurnalist icra strukturları ilə razılaşdırılmış, hətta razılaşdırılmamış aksiyalarda öz peşə borcunu yerinə yetirirsə, polis ona heç bir maneçilik törətmir, əksinə, şərait yaradır. Amma fərqləndirici gödəkcədə ola-ola təxribat xarakterli hərəkətlərə yol verirsə, özünü qanunsuz aksiyaların iştirakçısı, hətta təhrikçisi kimi aparırsa, sizcə, polis ona qarşılıq verməməlidirmi? Kimliyindən, cəmiyyətdəki mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Ölkəmizdə hər şey qanunla tənzimlənir. Və bundan sonra da belə olacaq. Amma bəzən polis əməkdaşları arasında vəzifə səlahiyyətlərini aşanlar, vətəndaşlarla rəftarda kobudluğa, işində nöqsanlara yol verənlər, asayiş keşikçilərinin şərəfli adına kölgə salanlar da olur. Belələri ilə bağlı lazımi tədbirlər görülür və mediaya vaxtaşırı bu barədə açıqlamalar verilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG