Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Samir Əliyev: «Evlərin qiyməti qalxsa da ipoteka şərtləri dəyişməyib»


-

«Bizim yol» qəzeti 23 iyul tarixli sayında «İpoteka bazarının gərgin vəziyyətinin sirri» adlı yazı dərc edib.

Məqalədə deyilir ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 56,561 mln. manat həcmində ipoteka krediti verilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,52 faiz azdır.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron və Gəncədə yerləşir. İpoteka yolu ilə alınan mənzillərin 62,8 faizinin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 29 faizinin dəyəri 60 000-90 000 manat, 3,4 faizinin

90 000-120 000 manatdır, 1,4 faizinin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 3,4 faizinin qiyməti 30 min manatdan aşağı olub.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 35,9 faizinin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,7 faizinin maaşı 700-900 manat, 18,8 faizinin 500-700, 16,6 faizinin 900-1100, 6,1 faizinin 300-500 manatdır. Borcalanların 0,9 faizinin əmək haqqısı 300 manatdan aşağıdır.

«BANKLAR QIYMƏTLI KAĞIZLARI ALMAQDA MARAQLI DEYILLƏR»

Samir Əliyev
Samir Əliyev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev «Bizim Yol»a şərhində bildirib ki, son zamanlar İpoteka Fondunun buraxdığı istiqrazların satılmasında problemlər yaranıb:

«Sözügedən qiymətli kağızların illik gəlirliliyi 3 faizdir. Heç bir bank üçün bu faiz səmərəli deyil. Həmin pulu borc kimi 3 faizlə verincə, kreditə yönəldərək 5-6 dəfə çox gəlir əldə edə bilərlər. İndiyədək müxtəlif tövsiyələrlə həmin istiqrazları alırdılar. Çünki həmin banklar İpoteka Fondunun tərəfdaşıdır və istiqrazları almağa məcbur idilər. Amma son zamanlar qiymətli kağızları satmaqda problemlər yaşanır. Bu da ümumi maliyyəyə təsir göstərir. İpoteka kreditləşməsinin azalmasının əsas səbəbini bununla əlaqələndirmək olar».

İqtisadçının fikrincə, digər səbəblərdən biri maksimal məbləğin 50 min manat olmasıdır. Onun sözlərinə görə, hazırda evlərin qiymətinin yüksəlməsi ipotekanın maksimum məbləğinin yüksəldilməsinə zəmin yaradıb: «Maksimal məbləğ iki dəfəyədək qaldırılsa, daha yaxşı olar. Evlərin qiyməti qalxdığına görə, vətəndaşlar ala bilmir. Ona görə də ilkin ödənişlərlə bağlı problemlər ortaya çıxıb. İpoteka Fondunun şərtlərinə görə, ilkin ödəniş 20 faizdir. Üstəlik evlərin qiyməti qalxır, amma ipoteka kreditinin məbləği olduğu kimi qalır. Artıq bu kreditlə ev əldə etmək vətəndaş üçün sərfəli deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG