Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Dalbadal detektiv romanlar yazacaq


J.K. Rowling
J.K. Rowling

-

Britaniya yazıçısı JK Rowling-in "Robert Galbraith" təxəllüsü ilə yazdığı detektiv romanların sayı "Harry Potter" kitablarını da keçəcək. Yəni 7-dən çox.

Onun bu təxəllüslə çap etdirdiyi 2-ci roman ötən ay çıxıb, amma artıq 3-cünü yarılayıb.

Harrogate Detektiv Əsərlər Festivalına qatılan yazıçının sözlərinə görə, "Harry Potter" hekayətinin bəlli başlanğıcı və sonu vardı.

Detektiv romanlar yazmağısa ona görə sevir ki, onların davamını yazmağa imkan həmişə qalır.

Əgər xəfiyyə obrazı yaşayırsa, onun haqqında yenə də yazmaq olar.

JK Rowling "Qızıl dövr" detektiv janr yazarlarını çox sevir.

O cümlədən Agatha Christie, Dorothy L Sayers, Margery Allingham və Ngaio Marsh kimi yazarları.

"Onların arasında ən çox xoşladığım Allingham-dır.

Həmin 4 yazardan ən az tanınanı da odur.

Amma mən onun "Dumanda pələng" romanınl fenomenal əsər sayıram" - deyə yazıçı bildirib.

Bundan əvvəl JK Rowling "Harry Potter"lə bağlı saytında uşaqlar üçün kitablarının bir personajının - bulvar mətbuatı yazarının adından köşə yazısı paylaşmış, orada yeniyetmə qəhrəmanların 15 il sonrakı həyatını təsvir etmişdi.

Bu da yazıçının "Harry Potter" kitablarının davamını yazacağı haqda şayiələrə səbəb olmuşdu.

Amma yazıçının sözçüsü bunu təkzib etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG