- #Putin təzyiqləri xoşlamır... #ukraine #ukrayna #donetsk - Putinə imkan vermək lazımdır ki, simasını qorusun...... http://t.co/KyF7MVTzNI
— AzadliqRadiosu (@RadioAzadliq) 22.7.2014
DONETSKİN ŞİMALINDA AĞIR DÖYÜŞLƏR
“Slavyanskdakı vəziyyət təkrar olunur. Bizi şəhərin içinə sıxışdırırlar”. Bunu Donetsk separatçılarının hərbi lideri İgor Strelkov (Girkin) sosial mediada döyüşlər haqda yaydığı məlumatda yazır. Girkin Donetskdə aeroportla dəmiryolu vağzalı arasındakı ərazidə döyüş getdiyini bildirir. Donetskdən şimalda Rusiyameylli yaraqlıların Dzerjinski şəhərindən Qorlovkaya tərəf çəkildiyini əlavə edir. Girkin növbəti dəfə qüvvələr nisbətinin Ukrayna ordusunun xeyrinə olduğunu yazaraq, iddia edir ki, onları separatçıların hər bir əsgərinə 1 Ukrayna zirehli texnikası düşür.
Ukraynanın şərqində gedən döyüşlərin xəritəsi (27.06 - 20.07 arası)
Ukrayna Təhlükəsizlik və müdafiə şurası Donetsk və Luqansk vilayətlərinin ərazisindəki döyüşlərin gedişini gündəlik xəritələrdə açıqlayır. AzadlıqRadiosu son 1 ayda baş verənlərin xəritəsindən ibarət infoqrafika hazırlaylb.
#Ukrayna-nın şərqində ağır döyüşlər davam edir. http://t.co/UhgVNFc0AF
— AzadliqRadiosu (@RadioAzadliq) 21.7.2014