Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:50

Təyyarənin «qara qutu»su tapılıb


Malaziyaya məxsus Boeng 777 təyyarəsi
Malaziyaya məxsus Boeng 777 təyyarəsi

-

Ukraynanın Donetsk vilayətinə düşən və Malaziya hava yollarına məxsus sərnişin təyyarəsinin «qara qutu»su tapılıb.

Bu barədə «İntefax»a «Cəbub-Şərq cəbhəsi»nin informasiya mərkəzindən məlumat verilib.

Bundan əvvəl Donetskdəki separatçıların nümayəndəsi bəyan etmişdi ki, təyyarənin «qara qutu»su oxunması üçün Moskvaya veriləcək. Hadisə yerində 5 həkim briqadasının işlədiyi, Donetsk separatçılarının hələ də əraziyə Ukrayna nümayəndələrini buraxmadığı bildirilir.

«İnterfax»ın məlumatına görə, təyyarənin düşdüyü ərazidə xilasedicilər və separatçı «Donetsk Xalq Respublikası» könüllü döyüşçüləri işləyirlər. Təyyarədə olan sərnişinlərin cəsədləri, təyyarənin hissələri 15 kilometr radiusda səpələnib.

Ukrayna daxili işlər nazirliyinin müşaviri Anton Gerashenko «kanal-5»də bəyan edib ki, Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsi Donetks vilayətinin Snejnoye şəhəri yaxınlığında Rusiya istehsalı olan «Buk» zenit-raket qurğusu ilə vurulub.

Separatçılar bəyan ediblər ki, onlarda «Buk» zenit-raket kompleksi yoxdur və sərnişin təyyarəsini Ukrayna hərbi təyyarəsindən atılan raket vura bilər.

Amma Donetsk separatçılarının lideri İgor Girkin (Strelok) Malaziya Airlines təyyarəsinin qəzaya uğradığı vaxt VKontakte sosial şəbəkəsində separatçıların 2 təyyarə vurduğu haqda xəbər yaymağa tələsib. Yazıb ki, Torez yaxınlığında An-26 təyyarəsini vurub yerə salıblar və öz sözlərinin təsdiqi kimi üfüqdə qara tüstülər fotosunu əlavə edib. Girkin yazır ki, günah Ukraynalıların özündədir, «axı biz xəbərdar etmişdik ki, bizim səma üzərində uçmasınlar». Bundan sonra Girkin daha bir maraqlı əlavə edir, «deyəsən bir dənə də Su-24» vurmuşuq. Bundan başqa Ukrayna Təhlükəsizlik xidməti YouTube portalında gizli telefon danışıqlarının səs yazısını açıqlayıb. Bu danışıqların MH17-nin Donetsk vilayətində yerə düşməsindən dərhal sonra baş verdiyi iddia olunur.

İyulun 17-də Ukraynada, separatçıların nəzarətində olan ərazidə Amsterdamdan - Kuala Lumpura uçan Malaziyaya məxsus Boeng 777 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 300-dən artıq adamın olduğu bildirilir.

«Amerika kəşfiyyatının nümayəndəsi hesab edir ki, Malaziyaya məxsus «Boing» «yer-hava» raketi ilə vurulub».

Bunu adının anonim qalmasını istəyən amerikalı ekspertə istinadla «Vaşinqton post» qəzeti yazıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG