Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:32

Kabil aeroportuna hücum dəf olunub [VİDEO]


Təhlükəsizlik qüvvələri Kabil aeroportuna hücumu dəf edir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Təhlükəsizlik qüvvələri Kabil aeroportuna hücumu dəf edir

-

Kabil beynəlxalq aeroportuna hücum dəf olunub. Elit polis bölməsinin üzvləri dörd yaraqlını öldürüb.

Talibanın 4 üzvü aeroportda tikilməkdə olan binaya hücum ediblər, onu avtomat silahlardan atəşə tutublar.

Rəsmilər 4 yaraqlının öldürüldüyünü, əfqan təhlükəsizlik qüvvələrinin xəsarət almadığını bildirib.

Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirir ki, yaraqlılar Kabil Beynəlxalq Aeroportuna hücuma keçiblər.

İyulun 17-də aeroport yaxınlığında partlayış, atəş səsləri eşidilib. Mülki vətəndaşlar və hərbçilərin istifadə etdiyi obyektdən qara tüstü qalxıb.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb.

Nazirlik bildirir ki, yaraqlılar avtomat silahlardan atəş açıb, aeroportda tikilməkdə olan binanı tutublar.

Azı iki talibançının öldürüldüyü bildirilir, dinc sakinlər və polis arasında itki yoxdur.

XS
SM
MD
LG