Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

BRİCS sammiti başlanıb


Braziliyanın Fortaleza şəhərində BRİCS ölkələrinin sammiti başlanıb.Sammit iyulun 16-da paytaxt Braziliada davam etdiriləcək.

BRİCS-ə daxil olan 5 ölkənin - Braziliya, Rusiya, Çin, Cənubi Afrika və Hindistanın liderləri yeni inkişaf bankının yaradılmasını və 100 milyard dollarlıq ehtiyat fondunun yaradılmasını elan etməlidirlər.

Yeni qurumlar Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun BRİCS variantı olacaq.

BRİCS ölkələrində dünya əhalisinin 40 faizi yaşayır, BRİCS dünya iqtisadiyyatının 20 faizini verir.

XS
SM
MD
LG