Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

Azərbaycanın eks-məşqçisi Torres deyir ki, Braziliyaya yeni məşqçi Avropada yaşamış adam olmalıdır


Futbol üzrə Brazilya yığmasının məşqçisi Felipe Scolari istefa verdi.

Braziliya Dünya kubokunda Almaniyaya 1:7, Hollandiyaya 0:3 uduzdu və Scolarinin getməyi təbii idi.

1970-ci ildə Braziliya yığmasının kapitanı, sonradan Azərbaycan yığmasının məşqçisi olmuş Carlos Alberto Torres Twitterdə yazıb ki, yeni məşqçi kim olursa-olsun, Avropada yaşamış adam olsun, bu halda o, Avropada oynayan əsas oyunçuları idarə edə biləcək.

Ancaq Braziliya Futbol Konfederasiyası indiyə kimi xarici məşqçi ideyasını yaxına buraxmayıb. Hətta Guardiola Bayern Münxenə məşqçi keçməzdən əvvəl Braziliya Konfederasiyası onunla danışıqlardan belə imtina etdi, halbuki onun Braziliya yığmasına məşqçi gətirilməsini təklif edənlər var idi.

XS
SM
MD
LG