Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Şimali Koreyada analoqu olmayan futbol yalanı [Video]


>imali Koreya lideri Kim Jong Un.
>imali Koreya lideri Kim Jong Un.

.

Koreya Xalq Demokratik Respublikasında (KXDR) telekanalalrdan birinin bu yaxınlarda verdiyi məlumat yəqin ki, həllə illərlə siyasi sistemləri və medianı öyrənən hər kəsə yalanın mümkün miqyasına dair nümunə olacaq.

Bu ölkədə telekanallardan biri efirə verdiyi məlumatda qeyd edir ki, guya Braziliyada futbol üzrə Dünya Çempionatında oynayan Şimali Koreya öz qrupunda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çin isə 2:0 hesabı ilə məğlub edib.

Hələ bu da hamısı deyil.

Göstərilən montaj video ilə iddia edilir ki, KXDR lideri Kim Kim Jong Un bu münasibətlə Braziliyaya səfər edib, orada azarkeşlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Reportajda bu yalanlar koreyalı futbolçuların hansısa oyununda çəkilmiş kadrlar, koreyalı azarkeşlərin sevincini gösərən videolarla “bəzədilib”.
Həmin televiziya reportajını aşağıda izlə:

Amma internetdə müxtəlif forumlarda bu videonun da montaj ola biləcəyi barədə fikirlər səslənir.

Şimali Koreyada xalqın bu yalanı başa düşüb-düşmədiyi bəlli deyil. Amma orası məlumdur ki, bu ölkədə internetə girmək üçün xüsusi icazələr tələb olunur, xarici telekanallar qadağandır, vətəndaşlar dövlətin nəzarətində olan informasiya mənbələri nə versə, yalnız onu görə bilirlər.

XS
SM
MD
LG