Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:30

Fələstinlilər Qəzzadan qaçır


Minlərlə fələstinli Qəzza zolağının şimalından qaçır. Bu arada İsrail hərbi hücumu davam etdirəcəyi barədə xəbərdarlıq edib.

BMT-nin fələstinlilər üzrə qaçqın agentliyi, UNRWA bildirir ki, 17 min fələstinli Qəzzada 20 BMT məktəbində qurulmuş xüsusi sığınacaqlara üz tutub.

İyulun 8-dən bəri İsrail ordusu 1.300-dən çox hava hücumu həyata keçirib. Fələstin yaraqlılarının isə İsrailə 800-dən artıq raket atdığı bildirilir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, onlarla dinc sakin daxil olmaqla 166 nəfər öldürülüb. İsrail tərəfdən bir neçə nəfər yaralanıb. Beynəlxalq ictimaiyyət, İsrailin müttəfiqləri dinc sakinlər arasında itkilərin artmasından narahatlıq bildirib.

XS
SM
MD
LG