Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Əfqanıstanda seçki auditi 3 həftə çəkəcək


Əfqanıstanda seçkilər
Əfqanıstanda seçkilər

Əfqanıstan Müstəqil Seçki Komissiyasının rəhbəri deyib ki, mübahisəli prezident seçkisinin təftişi 3 həftə çəkəcək. Yusuf Nuristani iyulun 13-də Kabildə jurnalistlərə bildirib ki, komissiya «gündə min seçki qutusunu yoxlamaq üçün 100 komanda yaratmağı planlaşdırır».

Prezident seçkisində rəqiblər Abdullah AbdullahAshraf Ghani 8 milyonluq bülletenlərin auditinə razılaşıblar. İyunun 14-də seçkinin ikinci turu keçirilib.

Razılıq ABŞ Dövlət katibi John Kerry-nin Kabildə apardığı iki günlük gərgin danışıqlarda əldə olunub. Nuristani deyib ki, yoxlamanın nəticələrini hər iki namizəd qəbul etməlidir. Onun sözlərinə görə, yoxlama hər iki tərəfin təmsilçiləri, yerli və beynəlxalq müşahidəçilərin iştirakıyla aparılacaq.

XS
SM
MD
LG