Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

İlham Əliyev İtaliyada səfərdədir


İlham Əliyev
İlham Əliyev


İyulun 13-də prezident İlham Əliyev İtaliya Respublikasına rəsmi səfərə gedib.

AzərTac-ın məlumatına görə, Roma beynəlxalq hava limanında dövlət başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Həmin gün İlham Əliyev Romadakı «Villa Borghese» parkında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

Abidə Azərbaycan prezidentinin sərəncamına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində açılıb.

XS
SM
MD
LG