Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:06

Kiyevdə fəallar Poroshenkodan assosiasiya sazişini təsdiqləməyi tələb edir


Ukrayna prezidenti Petro Poroshenko.
Ukrayna prezidenti Petro Poroshenko.

İyulun 13-də Kiyevdə Maydana yığışanlar hakimiyyətdən təcili olaraq Avropa Birliyi ilə assosiasiya sazişini təsdiqləməyi tələb ediblər. Aksiyaçılardan biri deyib ki, onlar prezident Petro Poroshenkoya xalqın niyə Maydana çıxmasını xatırlatmaq istəyirlər.

Fəallar deyiblər ki, Poroshenko assosiasiya haqqında sazişi dərhal Ali Radanın müzakirəsinə verməlidir.

İyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Brüsseldə Avropa Birliyi ilə iqtisadi və siyasi sazişlər imzalayıb. İyunun 30-da Moldova sazişi təsdiq edib. Gürcüstan parlamenti isə bununla bağlı iyulun 18-də səsvermə keçirəcək.

Azad ticarət və siyasi əməkdaşlıq sazişlərinin imzalanması bu 3 ölkənin Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasında böyük addım hesab olunur.

XS
SM
MD
LG