Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:05

BMT Komissarı Pillay İsrailin hücumunun qanuniliyinə şübhə edir


BMT-nin insan haqları komissarı Navy Pillay İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatının qanuniliyinə şübhəsini bildirib. O, hər iki tərəfi döyüşləri dayandırmağa çağırıb.

Pillayın iyulun 11-də verdiyi bəynata görə, İsrail beynəlxalq qanunlara uyğun olaraq göstərməlidir ki, istifadə olunan güc mütənasibdir, mülki əhali ilə hərbi hədəflər arasında fərq qoyulur və mülki dağıntılardan qaçılır.

Pillay deyib ki, İsrailin evlərə hücumlarında dağıntılar haqda məlumatlar İsrailin bu qaydalara riayət etməsinə şübhə oyadır.

Pillay Hamas və digər Fələstin qruplarını da hücumları dayandırmağa çağırıb.

İsrail iyulun 11-də 4-cü gündür ki, Qəzzaya havadan və dənizdən hücumları davam etdirir.

Hamas isə İsrail ərazisinə raketlər atır.

Əksəriyyəti müılki şəxslər olan ən azı 82 fələstinli həlak olub.

XS
SM
MD
LG