Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:54

Hafiz Paşayev «ADA»nın rektoru təyin edildi


ADA

Prezident İlham Əliyev «ADA» Universitetinin nizamnaməsini təsdiq edib. AzərTac-ın məlumatına görə, fərmanla Nazirlər Kabinetinə bu yöndə bir neçə tapşırıq verilib.

Kabinet «ADA» Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi, universitet nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamalıdır.

«ADA» Universiteti prezidentin 13 yanvar 2014-cü il sərəncamı ilə yaradılıb. Universitet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin hüquqi varisidir, XİN-in nəzdində fəaliyyət göstərir.

İyulun 8-də prezident sərəncam da imzalayaraq Hafiz Paşayevi «ADA» Universitetinin rektoru təyin edib.

XS
SM
MD
LG