Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Almatı, Pekin, Oslo 2022-ci il Qış Olimpiadasına potensial ev sahibləridir


-

Almatı, Pekin və Oslo 2022-ci il Qış Olimpiadasının keçirilə biləcəyi ölkələr siyahısında finala çıxıblar. Bu qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib. Digər namizədlərdən bəziləri geri çəkiləndən sonra bu 3 şəhər qalmışdı.

Oslonun da siyahıda qalıb-qalmayacağı sual doğurur, çünki Norveç hökuməti hələlik bu namizədliyi dəstəkləməyib.

BOK idarə heyəti iyulun 7-də 3 finalçını təsdiqləyib. Şəhərlər 2015-ci ilin yanvarınadək təkliflərini ətraflı şəkildə BOK-a təqdim etməlidirlər.

2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək ölkə gələn il iyulun 31-də Kuala Lumpurda seçiləcək.

XS
SM
MD
LG