Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 05:07

Məşhur Tsapok quldur dəstəsinin başçısı həbsxanada ölü tapıldı


Vaxtilə Krasnodar diyarında qətllərdə, adam oğurluğunda və qarətdə ittiham olunan  məşhur Tsapok dəstəsinin lideri həbsxanada ölüb.

İstintaq İdarəsi bildirir ki, iyulun 7-də kamerada onu ölü vəziyyətdə tapıblar.

Tibbi ekspertiza onun ürək tutmasından öldüyünü bildirir.

Bundan 3 gün qabaq dəstənin digər üzvü İgor Chernykh həmin saxlanma mərkəzində kamerada özünü öldürüb.

Noyabr ayında Tsapok məhkəmədə demişdi ki,  onu həbsxanada öldürəcəklər. Tsapok dəstəsinin yerli hakimiyyətlə əlaqələri haqda şübhələr  var.  

Dəstənin 3-cü üzvü Vladimir Alekseyev qətllərə və 12 adamı qul kimi saxlamağa görə ömürlük həbsə məhkum edilib.   

XS
SM
MD
LG