Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:02

-

Ukrayna prezidenti Petro Poroshenko rusiyayönlü separatçılara qarşı hərbi əməliyyatların davam etdiriləcəyinə and içib. O, Slavyanskın tutulmasını «dönüş nöqtəsi» adlandırıb və hərbi qüvvələrə ölkənin şərqindəki Donetsk və Luqansk regionlarında separatçılara qarşı hücumu sürətləndirmək əmri verib.

«İndi bu əmrim qüvvəyə minir – terrorçular ətrafındakı həlqəni daraldın,» Poroshenko iyulun 6-da twitterdə yazıb.

Slavyansk və Kramatorsk şəhərləri alınandan sonra Ukraynanın müdafiə naziri Valeriy Heletey iyulun 6-da bildirib ki, Ukrayna qüvvələri Artyomovsk və Drujkovka-ya nəzarəti də ələ alıblar.

Separatçıların lideri Pavel Gubarev hökumət qüvvələrinin hücumuna Donetsk şəhərində «partizan» müharibəsi ilə cavab verəcəyini bəyan edib. Yaraqlıların həmin şəhərdə qruplaşdığı bildirilir.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

Günün bütün mövzuları

XS
SM
MD
LG