Keçid linkləri

Təcili xəbərlər
2022, 02 İyul, şənbə, Bakı vaxtı 01:00

Keniyada silahlılar 18 adamı qətlə yetirib


Ötən gecə Keniyada silahlıların iki hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Məlumatı Associated Press yerli Qırmızı Xaç komitəsinə istinadən verib.

Hücumlara görə məsuliyyəti «Əl-Qaidə»yə bağlı islamçı «Aş Şabab» qruplaşması üstünə götürüb.

Silahlılar əvvəlcə Qamba rayonundakı polis şöbəsini atəşə tutub, bir neçə evi isə yandırıblar, 9 adam öldürülüb.

Daha 9 nəfər isə bazara edilən hücum zamanı qətlə yetirilib.

XS
SM
MD
LG