-
Nazirlər Kabineti Dövlət Proqramı ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edib.
Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York, Boston, Çikaqo, Mayami, Vaşinqtonda yerləşən universitetlərində təhsil alan tələbələrə ay ərzində artıq 1800 dollar deyil, bundan sonra 1900 dollar ayrılacaq. Bu siyahıya San-Fransisko, Los-Ancelesdə yerləşən universitetlər də əlavə edilib.
İsveçrə universitetlərində də təhsil alan tələbələrə 1 ay üçün ayrılan xərclər 1300 avrodan 1400 avroya qaldırılıb.
Çin universitetlərində təhsil alan tələbələrə 1 ay üçün 950 dollar ayrılmaqda davam edəcək. Ancaq Çinin Honkonq və Şanxay şəhərlərində yerləşən universitetlərdə təhsil alan tələbələrə münasibətdə fərqli xərclər müəyyənləşdirilib. Bu şəhərlərdə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrə 1 ay üçün 1050 dollar ayrılacaq.
Qərar iyulun 5-dən qüvvəyə minir.