Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:22

Biden Poroshenko ilə danışıb


Joe Biden
Joe Biden

-

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenko ilə danışıb.

Ağ evin məlumatına görə, iki lider Rusiyanın dəstəklədiyi separatçıların da əməl etməli olduğu atəşkəsə yönəlik diplomatik cəhdləri müzakirə ediblər.

Biden Rusiyanı separatçılara dəstəyi və Ukraynaya silah göndərməyi dayandırmasa, sanksiyalarla hədələyib.

Biden və Poroshenko iyulun 3-də danışıblar.

Xarici dövlətlərin liderləri sülh danışıqlarının başlanmasına çalışırlar. Poroshenko-nun elan etdiyi birtərəfli atəşkəs bu həftə sona çatıb. Atəşkəsi rusiyayönümlü separatçılar dəfələrlə pozublar.

Poroshenko yeni müdafiə naziri təyin edib. Valery Heletey Krımda «qələbə paradı» keçirəcəyinə söz verib. Rusiya Krımı martda anneksiya edib.

XS
SM
MD
LG