Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

İSİD yaraqlıları Suriyanın ən böyük neft yatağını tutub


İraq və Suriya İslam Dövləti yaraqlıları Suriyanın ən böyük neft yatağını tutub. Bu yataq İraqla sərhəddədir.

Al-Omar adlı yatağın tutulmasını Britaniyada qərarlaşan Suriyada İnsan haqlarının Müşahidə qrupu adlı təşkilat xəbər verir.

İSİD Al-Omar yatağını rəqib yaraqlı qrup bu ərazini tərk edəndən sonra tutub.

Əl-Qaida ilə əlaqəli Nusra cəbhəsi adlı təşkilat isə öz mövqelərini döyüşsüz verib.

İSDİD Suriyanın Deir el-Zour regionunda artıq bütün neft və qaz yataqlarına nəzarət edir.

XS
SM
MD
LG