Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:23

Pamukun da Türkiyə prezidentliyinə namizədliyi nəzərdən keçirilib


Orhan Pamuk
Orhan Pamuk

-

Türkiyənin ana müxalifət partiyasının lideri deyib ki, onlar prezidentliyə namizədlərdən biri kimi Nobel mükafatlı yazıçı Orxan Pamukun da namizədliyini nəzərdən keçiriblər.

Eləcə də türk ədəbiyyatının klassiki Yaşar Kamalın.

Cümhuriyyət Xalq Partiyasının başqanı Kemal Kılıçdaroğlu deyib ki, onlar partiyanın Türkiyə prezidentliyinə irəli sürəcəyi namizədin bütün ölkədə tanınan, ən müxtəlif siyasi qüvvələrin, etibar etdiyi, həm sağçı, həm də solçu qüvvələrdən səs ala biləcək bir insan olmasını istəyirmişlər.

Bir sıra namizədləri müzakirə edəndən sonra seçimləri Ekmeleddin İhsanoğlu olub. O, İslam-Əməkdaşlıq Təşkilatının sabiq baş katibidir. İslam və Tarix mövzusunda araşdırmalar müəllifidir.

İhsanoğlu sosial-demokrat ideologiyalı Cümhuriyyət Xalq Partiyası ilə millətçi ideologiyalı Milliyyətçi Hərəkat Partiyasının ortaq namizədidir. Onun əsas rəqibi isə hakim Partiyanın namizədi, hazırkı baş nazir Recep Tayyip Erdogan-dır.

XS
SM
MD
LG