Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 05:42

Sarkozy qanunu pozmadığını deyir


Nicolas Sarkozy

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy qanunu pozmadığını deyir. O, korrupsiyada ittiham olunur.

İyulun 2-də Avropa 1 radiosuna müsahibəsində, Sarkozy deyib ki, o, «heç vaxt respublikanın dəyərlərinə və ya hüququn aliliyinə zidd hərəkət törətməyib». O, işinə «siyasi müdaxiləni» pisləyib.

«Baş verənlərdən şaşırmışam. Hər hansı özəl rəftar istəmirəm. Səhv etmişəmsə, bədəlini ödəyəcəyəm. Məsuliyyətdən qaçan adam deyiləm,» o, deyib.

Sarkozy-yə iyulun 1-də korrupsiya və vəzifəsindən sui-istifadə ittihamları irəli sürülüb. 59 yaşlı Sarkozy hakimə təzyiq göstərərək özünün seçki kampaniyasının maliyyələşdirilməsinə dair istintaq barədə informasiya almaqda şübhəli bilinir.

XS
SM
MD
LG