Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Məşhur Amerika rejissorunun ürəyi dayanıb


Paul Mazursky
Paul Mazursky

-

Associated Press-in rejissorun mətbuat katibinə istinadla yaydığı xəbərə görə, 85 yaşlı rejissorun Los-Ancelesdəki xəstəxanalardan birində ürəyi dayanıb.

Paul Mazursky 1930-cu ildə Bruklində doğulub.

Onun babası vaxtilə Ukraynadan ABŞ-a mühacirət edibmiş.

1953-cü ildən filmlərə çəkilən Paul Mazursky 1969-cu ildən rejissorluq etməyə başlayıb və ona şöhrət gətirən 17 film çəkib.

Bu filmlərin çoxuna o, ssenari də yazıb.

Rejissorun əksər filmlərinin avtobioqrafik olduğu bildirilir.

Bundan başqa Mazursky 60-dan çox sənədli və bədii filmdə çəkilib.

2013-cü ildə Hollivuddakı Şöhrət Xiyabanında Mazursky-nin ulduzu həkk olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG