Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 08:16

Ukraynada İnquşetiyadan yaraqlılar döyüşür


-

Ukraynanın şərqində hərbi əməliyyatlarda İnquşetiyadan yaraqlılar iştirak edir. Bunu «Kommersant» qəzetinə müsahibəsində İnquşetiyanın prezidenti Yunus-Bek Yevkurov söyləyib.

Onun sözlərinə görə, respublika sakinləri münaqişənin hər iki tərəfində döyüşürlər.

«Çünki müharibə gedir. Çünki vəhşi qazlar istədikləri yerə uçurlar,» prezident deyib.

Yevkurov Fransada Xarici legionu misal çəkib, deyib ki, insanlar buraya «macəra və həyəcan» naminə qoşulurlar. Yevkurov onu da qeyd edib ki, «çoxları vətənpərvərlik hissləri» və «tarixə belə münasibətə» görə incidiyindən gedir.

O, İnquşetiyadan gedənlərin sayını açıqlamayıb, ancaq itkilərin olduğunu təsdiqləyib. Prezident respublika sakinlərinin Ukraynada münaqişədə iştirakına qarşı olduğunu deyib və gedənləri nəticə barədə düşünməyə çağırıb.

Mayda Çeçenistan lideri Ramzan Kadirov çeçen yaraqlıların Ukraynadakı əməliyyatlarda iştirakını təsdiqləyib. Ancaq onların könüllülər olduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG